Sərinləşdirici içkilərin plastik qablarda istehsalı:


Digərləri 11 Noy 2018 19:56:00 249 0

Sərinləşdirici içkilərin plastik qablarda istehsalı:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddətdir məişətdə istifadə edilən plastik qablar, polietilen torbaların insan sağlamlığına və təbiətə ziyan vurması barədə ictimaiyyəti maarifləndirməklə bağlı işlərə start verib. Adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da sosial şəbəkədə yazdığı statusda paytaxtdakı bəzi kafelərdə çay və kofenin plastik stəkanda verilməsinə etiraz edib.

"Bəllidir ki, bu da orqanizmə mənfi təsir göstərir. Şüşə, kağız və karton qablaşdırmaya qayıtmaq lazımdır. Plastik və polietilen torbalardan istifadə dayandırılmalı, həmçinin bu qablardan imtina edilməlidir. Bu daha sağlam üsuldur və təbiətə də zərər vurmur".

Ekspertler hesab edir ki, məsələ ilə bağlı digər vacib məqamlardan biri alkoqolsuz olan "Pepsi", "Coca-cola", "Sprite", "Fanta" kimi içkilərin kütləvi olaraq plastik qablarda istifadə edilməsidir. Nəzərə alsaq ki, bu içkilər plastik qablarda emal olunur, o zaman həm ətraf mühitə, həm də insan sağlamlığına vurduğu ziyan barədə düşünməyə dəyər.

Plastik qablarda istehsal olunan içkiləri gələcəkdə şüşə qablarda istehsal etmək mümkün ola bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirlik plastik məhsullardan istifadənin tədricən azaldılması ilə bağlı geniş təbliğat kampaniyasına başlayıb və kompleks tədbirlər planı hazırlayır.