Təranə Qumral onunla çalışacaq: "İlk dəfə Rəhim Rəhimli..."


Şou-biznes 11 Noy 2018 16:43:00 300 0

Təranə Qumral onunla çalışacaq: "İlk dəfə Rəhim Rəhimli..."

Müğənni Təranə Qumral yeni işbirliyinə başlayıb. 

Son.az bildirir ki, musavat.com saytına açıqlamasında müğənni özü deyib.

O bildirib ki, "Can-cana" mahnısının ilk ifaçısı Anar Qasımbəyli ilə duet oxuyacaq: "Yaradıcılığıma yeni nəfəs gətirmişəm. İşlər, layihələr, kliplər, mahnılar ard-arda təqdim olunacaq. Yeni işlərdən biri də 18 ildir müğənnilik edən Anarla duet oxumaqdır. O, "Can-cana" mahnısının Azərbaycan formasını yaradan şəxsdir. Belə ki, o, Türkiyənin İğdır şəhərində toylardan birində bu mahnını eşidib və onu özümüzünküləşdirmək qərarına gəlib. Azərbaycana qayıtdıqdan sonra onun ritmini və sözlərinin çoxunu dəyişib.