Belçikada restorana silahla gələn şəxs saxlanıldı


Dünya 11 Noy 2018 09:41:00 239 0

Belçikada restorana silahla gələn şəxs saxlanıldı

Belçikanın İksel kommunasında naməlum şəxs silahla restorana daxil olub və özünü şübhəli aparmağa başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, restoranın müştəriləri polisə xəbər verdikdən sonra naməlum şəxs restorandan qaçıb.

İnsident yerinə gələn polis əməkdaşları daha sonra silahlı şəxsi saxlayıblar.