Koçaryanın vəkilləri Avropa məhkəməsinə müraciət etdilər


Dünya 10 Noy 2018 23:43:00 250 0

Koçaryanın vəkilləri Avropa məhkəməsinə müraciət etdilər

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri müdafiənin təmin edilməsi hüququ məsələsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə vəkillərdən biri - Aram Orbelyan bildirib.

O qeyd edib ki, məhkəmə zamanı hakimlərə ciddi təzyiq göstərilib və hətta onların qanuni qərar çıxardıqları təqdirdə barələrində qərəzli ittihamlar səsləndirilib. Onun sözlərinə görə, sosial şəbəkələrdə Koçaryanın vəkilləri təhdid edilir, hakim dairələr isə onların mühafizəsi üçün heç bir tədbir görmür.