Böyrəkləri qoruyan


Digərləri 10 Noy 2018 23:20:00 244 0

Böyrəkləri qoruyan

Böyrək bədəndə bir çox funksiyaları yerinə yetirən əsas orqanlardan biridir. Böyrəklərin sağlamlığını qorumaq üçün təbii qidaların gücündən faydalanmaq lazımdır. Böyrəyə faydalı olan qidaları yeməklə xəstəliklərin qarşısını almaq, böyrəklərin işini daha yaxşı təmin etmək olar.

1. Qatıq

Kalsium və D vitamini baxımından zəngin olan qatıq böyrək sağlamlığında mühüm rol oynayan qidalardan biridir. Xüsusilə yemək aralarında yeyilən qatığın böyrək sistemini tənzimləyən və işinə kömək edən təsiri mövcuddur. Təzə meyvə və ya tərəvəzlərlə qarışdırılaraq yeyilən qatıq meyvələrin C vitamini və mineral təsirləriylə birləşərək böyrək funksiyalarına müsbət təsir edir.

2. Balqabaq tumu

Sink və dəmir mineralları ilə zəngin olan balqabaq tumu Omeqa 3 təsiri baxımından böyrək xəstəliklərində olduqca faydalıdır. Şəkər tarazlayıcı və böyrək sistemlərini təmizləyici funksiyanı yerinə yetirir. Bununla yanaşı, immunitet sistemini gücləndirən və depressiya, xroniki halsızlıq kimi mənfi hallara müsbət təsir edən daha bir xüsusiyyəti mövcuddur.

3. Balqabaq

Balqabaq xüsusilə böyrək daşı problemlərinə qarşı təsirli bir qidadır. Balqabağın tərkibində olan kalsium böyrək daşının meydana gəlməsinin qarşısını alır.

4. Alma

Əsasən qırmızı alma böyrək xəstəliklərinin müalicəsinə kömək edir və bir çox başqa xəstəliklərə tutulmamaq üçün qoruyucu vəzifəni yerinə yetirir. Alma böyrəyi təmizləyir və lif tərkibi ilə süzmə əməliyyatını ən yaxşı formada reallaşdırır. Gündə bir orta ölçülü alma yemək böyrək sağlamlığı üçün əhəmiyyətlidir.