Uşaqların inkişafını ləngidən 8 əşya


Digərləri 10 Noy 2018 23:15:00 354 0

Uşaqların inkişafını ləngidən 8 əşya

Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə bilməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər. Ailə və uşaq psixoloqu Olqa Kramareviç maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran, lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını hazırlayıb.

1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir.

Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir.

Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir.

"Xodunok". Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır.