Fransa prezidentini bıçaqla vuracaqlarmış


Dünya 10 Noy 2018 22:12:00 245 0

Fransa prezidentini bıçaqla vuracaqlarmış

Fransanın prezidenti Emmanuel Makrona sui-qəsd Birinci Dünya Müharibəsinin qurtarmasının 100 illiyinə həsr edilmiş təntənəli mərasim zamanı həyata keçirilməliymiş.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə ilə bağlı saxlanılan 4 şübhəli dindirilmə zamanı hər şeyi etiraf ediblər və sui-qəsd hazırlığının təfərrüatı barədə danışıblar. Onların sözlərinə görə, 62 yaşlı keçmiş sahibkar Jan Pier B. prezidentə noyabrın 7-də Şarlevil-Mezyer şəhərində bıçaqla hücum etməyi planlaşdırırmış.

Axtarışlar zamanı Jan Pier B. nin avtomobilindən keramik bıçaq tapılıb.