Gözəl və gənc qalmaq üçün ən ucuz vasitə: qatıq


Digərləri 10 Noy 2018 21:55:00 265 0

Gözəl və gənc qalmaq üçün ən ucuz vasitə: qatıq

Dərinizə daim sürtəcəyiniz qatıq maskaları ilə yaşlanmanı gecikdirə, sağlam və işıltılı dəriyə sahib ola bilərsiniz. Ancaq bir şeyə diqqət edin ki, maskaların hazırlanmasında təbii kənd qatığından istifadə etməlisiniz.

Sadə qatıq

Yatmadan əvvəl 15 dəqiqə boyunca qatığı yanaqlarınıza sürtün. 1 həftə ərzində çox qəşəng nəticələr verəcək.

Limon suyu və qatıq

Qatıq yaşlılıq və ləkələr üçün olduqca təsirlidir. Limon suyu və qatıq yardımı ilə bir üz maskası hazırlayın və üzünüzdə ləkə olan bölgələrə vurun.

Zeytun yağı və qatıq

Zeytun yağı ilə qarışdırılan qatıq qırışları azaldır və yaşlanma əlamətlərini gecikdirməyə yardımçı olur. Bu maska dərinin erkən yaşlanmasının qarşısını alır.