Goranboyda avtomobil 71 yaşlı kişini vurub


Digərləri 10 Noy 2018 21:38:00 249 0

Goranboyda avtomobil 71 yaşlı kişini vurub

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Xanqərvənd kəndində qeydə alınıb.

Yolu keçmək istəyən, 1947-ci il təvəllüdlü Tahir Həbibovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan şəxs sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.