Tramp qəbristanlığa getməkdən imtina edib


Dünya 10 Noy 2018 20:43:00 239 0

Tramp qəbristanlığa getməkdən imtina edib

ABŞ prezidenti Donald Tramp amerikalıların Fransada dəfn edildiyi "Bois Belleau" qəbristanlığına getməkdən imtina edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə BFMTV Ağ Evə istinadən məlumat yayıb.

Məlumata görə, bu, pis hava şəraiti ilə bağlı olub. Donald Tramp Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisə gəlib. O, bu gün Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.