Somalidə terakt: ölənlərin sayı 50yə çatıb


Dünya 10 Noy 2018 19:37:00 264 0

Somalidə terakt: ölənlərin sayı 50yə çatıb

Ötən gün Somalinin paytaxtı Moqadişoda baş verən 3 partlayış nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Xinhua" agentliyi polis və tibb xidmətlərinə istinadən xəbər verir.

Bildirilir ki, partlayışlar 58 nəfərin xəsarət almasına səbəb olub: "Dağıntılar altından yenidən meyitlər tapılıb, həlak olanların sayı hazırda 50 nəfər təşkil edir. Dağıntılar altında insanların qalması barədə hazırda məluamtımız yoxdur, lakin biz bütün qüvvəmizlə itkin düşənləri axtarırıq".