Xərçəngdən qoruyan, qanı, hafizəni artıran


Digərləri 10 Noy 2018 19:40:00 256 0

Xərçəngdən qoruyan, qanı, hafizəni artıran

Tərkibindəki C, K və B vitaminləri, dəmir, maqnezium, fosfor, potasium və saymaqla bitməyən digər elementlərlə nar bir çox xəstəliyə faydalıdır.

Ürək dostudur

Nar ürəyə qan axınını təmin edir, tıxanmış arteriyaları açır. Damar tutulmasını əngəlləyir. Qara narın suyu damar tıxanmasında müalicə üsulu kimi istifadə edilir.

Ürək sağlamlığınız üçün gündə bir stəkan təzə sıxılmış nar suyu için. Və ya gündə 1-2 stəkan nar yeyin.

Təzyiqi tənzimləyir

Yüksək təzyiq problemi olan insanlara çox faydalıdır. Tərkibindəki antioksidanlar, C vitamini və polifenollarla qan dövranını tənzimləyir, arteriyaları açır.

Gündə 1 stəkan təzə sıxılmış nar suyu içə bilər, ya da meyvə salatları hazırlaya bilərsiniz.

Sümük ağrıları və oynaq iltihabını yüngülləşdirir

Özəlliklə yaşlı qadınlarda görülən oynaq ağrıları revmatizm, osteoartt kimi xəstəliklərə yaxşı təsir edir. Antiiltihab və antioksidan xüsusiyyəti ilə oynaqlara zərər verərək ağrılara səbəb olan fermentləri əngəlləyir.

Gündə bir stəkan nar suyu için. Əgər dərman qəbul edirsinizsə, həkimlə məsləhətləşin. Hər hansı bir bitki yağı ilə nar suyunu qarışdırıb oynaqlarınıza iki dəfə masaj edin.

Anemiya simptomları ilə mübarizə aparır

Dəmir çatışmazlığından yaranan anemiyası olan insanlara çox faydalıdır. Narda olan dəmir qırmızı qan hüceyrəsinin sayını artırır. Bu da qandakı hemoqlabini artıraraq  sağlam qan dövranını təmin edir.

Narda bol olan C vitamini də dəmirin əmilməsini asanlaşdırır. Anemiya simptomları yaşayırsınızsa, səhər yeməyində 1 stəkan nar suyu için.

Xərçəngin qarşısının alınmasına və müalicəsinə yardım edir