Əgər sizə heç bir pəhriz kömək etmirsə...


Digərləri 10 Noy 2018 19:20:00 287 0

Əgər sizə heç bir pəhriz kömək etmirsə...

Endokrinoloq Nadirə Ağazadənin məqaləsini təqdim edirik.

Artıq çəkiniz varsa, amma tutulan pəhrizlər sizə kömək etmirsə, bu vəziyyətdə mütləq hormonal pozğunluqları araşdırmaq lazımdır. Artıq bundan sonra tutulan düzgün pəhriz kilo verməyi daha da sürətləndirəcək. Piylənmədən əziyyət çəkən insanların çoxunda endokrin sistemdə bir problem olduğundan bunu nəzərdən qaçırmamalıdırlar.

Artıq çəkiyə səbəb olan və çəki verməyi əngəlləyən hormonal pozğunluqlar hansılardır? - HİPOTİREOZ (Qalxanabənzər vəz yetməzliyi) - orqanizmdə metabolizm yavaşlayaraq artıq çəki yığmağa səbəb olur. Əsasən menopauzada olan qadınlarda tiroid yetməzliyi də varsa, arıqlamaq daha da çətinləşir. Artıq çəkidən başqa halsızlıq, yorğunluq, yaddaşın zəifləməsi, quru dəri, saçların tökülməsi, qəbizlik, menstrual pozğunluq və s. kimi şikayətlər üzə çıxır.

- İNSULİN DİRƏNCİ - mədəaltı vəzdən kifayət qədər insulin ifraz olunmağına baxmayaraq təsirini göstərə bilmədiyindən qlükozanı hüceyrə daxilinə sala bilmir, zaman keçdikcə mədəaltı vəz insulin ehtiyacını qarşılamaqda çətinlik çəkir və xəstələrdə prediabet və şəkərli diabet 2-ci tip əmələ gəlir.