Uşaqların telefondan çox istifadə etməsi ciddi fəsadlara yol açır


Digərləri 10 Noy 2018 19:05:00 273 0

Uşaqların telefondan çox istifadə etməsi ciddi fəsadlara yol açır

Amerikalı alimlərin araşdırmalarına görə, gündə bir saatdan çox televizor qarşısında oturmaq, smartfon və digər vasitələrin ekranına baxmaq 18 yaşdan aşağı olan şəxslərdə psixoloji xəstəliklər yaradır. Alimlər valideynlər arasında 2016-cı ildə aparılan milli sorğunun nəticələrini analiz ediblər. Onlardan uşaqlarda davranışların problemli olub-olmaması, onun emosional durumu və inkişafının vəziyyəti, həmçinin ekran qarşısında nə qədər vaxt keçirməsi soruşulub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, nəticədə mütəxəssislər bu qənaətə gəliblər ki, gün ərzində bir saat ekrana baxmaq uşağın psixoloji durumunun pisləşməsinə kifayət edir. Bu mehribanlığın azalması, özünə nəzarət, emosional münasibətin pozulmasına səbəb olur.