Fərhad Abdullayev ipoteka kreditləri ilə bağlı qərarı şərh etdi


Digərləri 10 Noy 2018 18:02:00 318 0

Fərhad Abdullayev ipoteka kreditləri ilə bağlı qərarı şərh etdi

"2018-ci il ərzində Konstitusiya Məhkəməsinin Plenumu sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul edib".

Son.az Report-a istinadən bildirir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından biri olan Bakı Apellyasiya Məhkəməsinin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müraciətləri əsasında qəbul edilən "Mülki Məcəllənin 477.0.1-ci maddəsinin həmin məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" qanunun 1.0.8-ci və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11-ci və 307.4-cü maddələrinin "İpoteka haqqında" qanunun 3.2-ci və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli qərarında, ilk növbədə, kredit xətti müqaviləsinin mahiyyətinə aydınlıq gətirilib: "Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin əqd, öhdəlik və müqavilə barədə normalarını əlaqəli şəkildə təhlil edərək hesab edib ki, tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.