Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu olub


Digərləri 10 Noy 2018 17:21:00 264 0

Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu olub

Azərbaycan karateçisi İrina Zaretska karyerasında ilk dəfə dünya çempionu olub.

Bakı. Madriddə təşkil olunan çempionatda idmançımız 68 kiloqram çəki dərəcəsində yarışın final görüşündə rusiyalı Viktoriya İsayeva ilə qarşılaşıb. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.