Bilik Fondu bölgələrdə "Azərbaycan dilinin qorunmasında dövlət siyasəti" mövzusunda silsilə tədbirlər keçirib (FOTO)


Digərləri 10 Noy 2018 16:54:53 258 0

Bilik Fondu bölgələrdə "Azərbaycan dilinin qorunmasında dövlət siyasəti"  mövzusunda silsilə tədbirlər keçirib (FOTO)

Bilik Fondunin təşkilatçılığı ilə Yevlax, Bərdə Tərtər və Kürdəmir rayonlarında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın, Fondun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi, filologiya üzrə fəslsəfə doktoru Nüşabə Hüseynovanın və yerli orta məktəb müəllimlərinin iştirakı ilə “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda “dəyirmi masa”lar keçirilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 1 noyabr 2018-ci il tarixli Fərman imzalayıb. Ölkə başçısının bu Fərmanı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dilimiz - sərvətimizdir” layihəsinin daha geniş şəkildə həyata keçirilməsinə, dilimizi tədqiq edən alimlərin onu tədris edənlərlə mütəmadi görüşlərinin təşkilinə yeni təkan verib. Trend-in məlumatına görə, Fərmanın bölgələrdə şərhi ilə əlaqədar Bilik Fondunin təşkilatçılığı ilə Yevlax, Bərdə Tərtər və Kürdəmir rayonlarında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın, Fondun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi, filologiya üzrə fəslsəfə doktoru Nüşabə Hüseynovanın və yerli orta məktəb müəllimlərinin iştirakı ilə “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda “dəyirmi masa”lar keçirilib. Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbiri Bilik Fondunun yerli nümayəndəsi, 5 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Zərxanım Əhmədova açaraq, dil məhfumunun xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətə malik olduğunu deyib. N.Hüseynova Bilik Fondunun Azərbaycan dilinin saflığının qorunması və təbliği istiqamətində həyata keçirdiyi “Dilimiz - sərvətimizdir” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində Dilçilik İnstitutu alimlərinin bir neçə televiziyada jurnalistlər üçün silsilə təlimləri təşkil olunub. Təlimlərin nəticəsi kimi, Fondun dəstəyilə “Ekran və efirdə ədəbi dil normaları” kitabı nəşr edilib. Dilçi alimlərin məqalələrinin toplandığı nəşr jurnalistlərə paylanıb. S.Əliyeva təmsil etdiyi İnstitutun bu istiqamətdə gördüyü işləri diqqətə çatdıraraq, texniki inkişafın nəticəsində dilimizə daxil olan sözlərdən düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb, əksər alınma sözlərin Azərbaycan dilində qarşılığı olduğunu, digərlərinin isə zaman-zaman müəyyənləşdiyini söyləyib. Bildirib ki, doğma dilin saflığının qorunması xüsusən KİV orqanlarıının üzərinə düşən müqəddəs missiyadır və dövlət dilinə qarşı peşəkar münasibət jurnalistlərin vəzifə borcudur.