Lənkəranda ikinci


Digərləri 10 Noy 2018 12:54:00 383 0

Lənkəranda ikinci

Lənkəranın mərkəzində, Heydər Əliyev Xatirə Parkında ikinci Çay, çəltik və sitrus festivalı keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, festival Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir.

Festivalda dövlət və hökumət, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak edirlər.

Pavilyonlarda və vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilir.

Festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.