"EXPO 2025" sərgisinin keçiriləcəyi şəhər Seçim tarixi açıqlanıb


Digərləri 10 Noy 2018 12:15:00 252 0

"EXPO 2025" sərgisinin keçiriləcəyi şəhər  Seçim tarixi açıqlanıb

"EXPO 2025" sərgisinin keçiriləcəyi şəhərin seçilməsi barədə yekun qərar noyabrın 23-ü Parisdə Beynəlxalq Sərgi Bürosunun (BIE) 164-cü Baş Assambleyasında qəbul olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bürodan deyiblər.

Qeyd olunub ki, Baş Assambleyaya qədər BIE nümayəndələrinin namizəd şəhərlərə səfərləri planlaşdırılmır:

"Oktyabrın əvvəlində hər namizəd Parisdə tematik seminarlar keçirib. Azərbaycan tərəfinin seminarı oktyabrın 4-ü, Yaponiyanın oktyabrın 9-u, Rusiyanın seminarı isə oktyabrın 25-i keçirilib".

Qeyd edək ki, "EXPO 2025" sərgisinin keçirilməsi üçün namizədlər Bakı, Osaka və Yekaterinburq şəhərləridir.