İşgəncələr Əleyhinə Komitə 11 rayonda müvəqqəti saxlama yerində monitorinq keçirib


Digərləri 09 Noy 2018 22:47:55 246 0

İşgəncələr Əleyhinə Komitə 11 rayonda müvəqqəti saxlama yerində monitorinq keçirib

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi illik hesabatla bağlı qərb bölgəsində olan polis idarə və şöbələrinin müvəqqəti saxlama yerlərində monitorinq keçirib.

Bakı. Samir Əli - İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi illik hesabatla bağlı qərb bölgəsində olan polis idarə və şöbələrinin müvəqqəti saxlama yerlərində monitorinq keçirib. Bu barədə Trend-ə komitə sədri Tural Hüseynov deyib. Onun sözlərinə görə, monitorinqlər Kürdəmir, Ucar, Mingəçevir, Yevlax, Goranboy, Gəncə, Ağstafa, Şəmkir, Tərtər, Bərdə və Qazax rayon polis şöbələrində keçirilib: "Monitorinqdə mən, komitənin eksperti Qartal Hüseynov və hüquqşunası Anar Cavadov iştirak etmişik. Monitorinqlər zamanı müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərlə fərdi söhbətlər apardıq, onların saxlanma şəraitləri və polisin davranış qaydaları ilə maraqlandıq. Ümumi nəticə qənaətbəxşdir, müvəqqəti saxlama yerlərində nöqsanlar aşkarlanmadı. Bəzi rayonlarda saxlanma yerlərində tövsiyyələrimiz də oldu".