Sex yanıb, xəsarət alan var


Digərləri 09 Noy 2018 21:40:00 331 0

Sex yanıb, xəsarət alan var

Abşeron rayonunun Xırdalan şəhərində sex yanıb. Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 200 m² olan tikilinin (boya sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.