Azərbaycan universitetlərində qəribə qadağalar


Digərləri 09 Noy 2018 21:25:00 333 0

Azərbaycan universitetlərində qəribə qadağalar

Son zamanlar universitetlər verdikləri təhsildən çox, qəribə qadağaları ilə gündəmə gəlir. 

Biz də ali təhsil müəssisələri tərəfindən tələbələrə qoyulan qadağaları onlardan öyrəndik. 

Son.az oxu.az-a istinadən həmin qadağaları təqdim edir:

Bakı Slavyan Universitetində tələbələrə yırtıq şalvar geyinmək qadağası var. Gəncə Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamaq qadağandır. Tələbələr saqqalla universitetə gələ bilməzlər. 

GDU-də tələbələrdən biri saqqalla imtahana gəldiyi üçün imtahanda iştirak etməsinə icazə verilməyib. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) saqqal qadağası olmasa da, idman şalvarı, şort və "vyetnamka" geyinmək olmaz. 

Bakı Biznes Universitetində oğlanların saqqal saxlamasına, tələbələrin yırtıq şalvar geyinməsinə qadağa var. Təhsil ocağında siqaret çəkmək üçün xüsusi yer ayrılıb. 

Bakı Dövlət Universitetində siqaret çəkmək qadağandır. Tələbələr deyir ki¸ buna nə müəllimlər, nə də tələbələr əməl edir. BDU-da rektorun otağı olan koridordan tələbələr keçə bilməz. 

"Odlar Yurdu" Universitetində tələbələr hündürdaban ayaqqabı geyinməməlidir. Səbəb odur ki, onlar bu ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur. 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin şortla dərsə gəlmək qadağası olsa da, artıq bu qadağa ləğv edilib. Universitet daxilində siqaret çəkilməsinə icazə verilmir. 

Azərbaycan Milli Konservatoriyasında tələbələrə liftdən istifadə qadağandır.