Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq (ÖZƏL)


Digərləri 09 Noy 2018 21:00:41 295 0

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq (ÖZƏL)

Bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır.

Bakı. Hüseyn Vəliyev - Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfirin sözlərinə görə, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır: "Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin böyük ehtimalla yaxın iki ildə başa çatacaq. Hazırda Bakı-Tbilisi-Qars layihəsinin davam etdirilməsi işləri görülür. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb".