Böyük Britaniya rəqəmsal xidmətlər üçün vergi tətbiq edəcək


Dünya 09 Noy 2018 20:55:00 288 0

Böyük Britaniya rəqəmsal xidmətlər üçün vergi tətbiq edəcək

Böyük Britaniya hökuməti tərəfindən rəqəmsal xidmətlərə vergi tətbiqi nəzərdə tutulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, layihəyə əsasən, 2020-ci ilin aprelindən "Britaniya istifadəçiləri üçün rəqəmsal xidmətlərin göstərilməsi ilə bağlı biznesin müəyyən növlərindən" dövriyyənin 2 faizi həcmində vergi tutulması gözlənilir. Rəqəmsal xidmətlər üçün vergi "internet axtarışları, sosial şəbəkələrin və internet mağazaların idarə olunması üzrə əməliyyatlara aid dövriyyəyə" tətbiq ediləcək.

Vergi illik məbləği 25 milyon avrodan artıq dövriyyəyə tətbiq ediləcək və yalnız o şirkətlərə şamil olunacaq ki, onların beynəlxalq miqyasda ümumi illik dövriyyəsi 500 milyon avrodan az olmasın.