Tarixçi alim: "Bütün çətinlikləri göz önünə alaraq, Azərbaycan vətəndaşı üçrəngli bayrağına sahib çıxdı"


Digərləri 09 Noy 2018 17:14:00 301 0

Tarixçi alim: "Bütün çətinlikləri göz önünə alaraq, Azərbaycan vətəndaşı üçrəngli bayrağına sahib çıxdı"

"Bu gün Azərbaycanın üçrəngli bayrağı beynəlxalq aləmdə, beynəlxalq tədbirlərdə qaldırılır, amma mən istərdim ki, bizim gənclik dövlətimizin bayrağına bir dəyər kimi yanaşsın".

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova deyib.

O bildirib ki, bayrağa olan təhqir qəbul edilməməli, ona hörmətlə yanaşılmalıdır:

"Siz öz şəxsiyyətinizə olan təhqiri qəbul etmirsiniz. Amma inanın ki, bayrağa olan kiçik bir etinasızlıq daha ağır təhqirdir. Çünki o, milli kimliyinizə, dövlətinizə, vətəndaşlığınıza olan təhqirdir. Buna görə Məhəmməd Əmin Rəsulzadə üzünü məhz gəncliyə tutub demişdi ki, "biz yoxdan bir bayraq yaratdıq, həmin bayraq Azərbaycan Parlamentinin binası üzərindən ürəklərə endi. Vaxt gələcək ki, siz bu bayrağı qaldıracaqsınız".

Sovet dövründə üçrəngli bayrağın qaldırılması üçün cəhdlərin edildiyini nəzərə çatdıran tarixçi alim qeyd edib ki, həmin dövrdə milli hərəkatçı olan Cahid Hilaloğlu hətta Qız qalasının üzərində üçrəngli bayrağı qaldırıb, lakin buna görə ağır cəzalandırılıb: