Söyüş üstündə adam öldürən şəxs: “Bankanı başına qoyub getdim”


Digərləri 09 Noy 2018 17:04:00 271 0

Söyüş üstündə adam öldürən şəxs: “Bankanı başına qoyub getdim”

Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb.

Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.


Xəbərə aid fotolar