Daha 160 ailəyə mal və materiallar verilib


Digərləri 09 Noy 2018 16:39:00 367 0

Daha 160 ailəyə mal və materiallar verilib

Son bir ayda artıq 37 rayon üzrə 800-ə yaxın proqram iştirakçısının kiçik ailə təsərrüfatları qurulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir sıra rayonlar (Qəbələ, Laçın, Qax, Tərtər, Biləsuvar, Şamaxı, Kürdəmir və s.) üzrə 160 proqram iştirakçısı mal və materiallarla təmin olunub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, onların bir hissəsini məcburi köçkün və şəhid, habelə aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlillliyi olanlar, sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad  olunanlar təşkil edib. 

Mal və materiallarla təmin olunanların böyük əksəriyyəti biznes-planlarına uyğun şəkildə heyvandarlıqla məşğul olmaq üçün iri və kiçikbuynuzlu mal-qara ilə təmin edilib. Həmçinin bir qisminə arıçılıqla məşğul olmaq üçün arı ailələri və lazımi materiallar, avadanlıqlar verilib.

Digər iştirakçılar isə müvafiq materiallar təqdim edilməklə müxtəlif xidmət sahələri üzə kiçik ailə bizneslərini formalaşdırıblar. Yaradılan fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri ilə gəlirlərini artırmalarına şərait yaradıb.


Xəbərə aid fotolar