Bu tələbələr təhsil haqqından


Digərləri 09 Noy 2018 15:54:00 316 0

Bu tələbələr təhsil haqqından

Əlilliyi olan tələbələr təhsil haqqından azad edilməlidir. Bu təkliflə millət vəkili Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı çıxış edib.

Onun sözlərinə görə, təhsil haqqını ödəyə bilmədiyinə görə, hazırda 1 əlil gənc universiteti buraxmaq məcburiyyətində qalıb".

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Taleh Kərimov - Görmə əngəlli: Bakı Slavyan universitetinin rus dili müəllimliyi fakültəsini qurtarmışam. Məndə ödənişli idi. 1200 manat pul ödəyirdim. Bu da çətin idi. Güzəşt olsa yaxşı olar. Bizdən sonrakılar var, hansı ki, ödəyə bilmirlər".

Qənirə Paşayeva - Millət vəkili: "Bizim ali məktəblərdə nə qədər əlil gənc təhsil alır ki, biz onları ödənişli əsaslarla təhsil almasından azad etməyək. Axı bu adamlar məsələn gözü görmür. Amma əziyyət çəkir instituta girir, bu gəlir pullu əsaslarla düşür və bəzən oxumaq imkanları olmur. Bunların sayı çox azdır, dövlət büdcəsi üçün böyük bir vəsait deyil ki, buna gedilməsin".

ADPU-nun pedoqoji fakultəsinin dekanı Buludxan Xəlilov deyir ki, universitetdə fiziki məhdudiyyəti olan tələbələr smestr imtahanlarını fərdi qaydada verirlər. Ödənişli əsaslarla təhsil alan həmin tələbələrin təhsil haqlarından da azad edilməsi yaxşı olar.