"Ay xanım, ora keçmək olmaz"


Digərləri 09 Noy 2018 15:24:00 333 0

"Ay xanım, ora keçmək olmaz"

Xalq artisti Amaliya Pənahova ilə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı teatrın nəzarətçisi Azərbaycan Respublikası Kinematoqrafçılar İttiqafının sədri, xalq artisti Şəfiqə Məmmədovanı tanımayıb.

Son.az ölkə.az-a istinadla bildirir ki, nəzarətçi "ay xanım, ora keçmək olmaz" deyərək, məşhur aktrisanı rəsmi şəxslər üçün nəzərdə tutulmuş sıraya buraxmaq istəməyib. Aktrisa isə öz növbəsində nəzarətçiyə cavab verib:

"Mənim adım dövlətin rəsmi nekoroloqunda var. Necə yəni olmaz?"