Bu il əlillik təyin olunanların sayında 14 faiz azalma qeydə alınıb


Digərləri 09 Noy 2018 15:18:58 239 0

Bu il əlillik təyin olunanların sayında 14 faiz azalma qeydə alınıb

2018-ci ilin 9 ayı ərzində əlillik təyin olunanların sayında ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz azalma qeydə alınıb.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi, yanlış əlillik təyinatlarının qarşısının alınması istiqamətində aparılan işlər ilkin əlillik təyin olunanların sayında azalmaya səbəb olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində əlillik təyin olunanların sayında ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz azalma qeydə alınıb. Cari ilin III rübündə əlillik təyinatlarının sayı öncəki rüblərlə müqayisədə daha da azalıb. Belə ki, həmin dövrdə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq (SİMU) hesab edilənlərin sayı bu ilin birinci rübünə nisbətən 61,3 faiz, ikinci rübünə nisbətən 20 faiz azalıb. Qrup 2018 III rüb 2018 I rübə nisbətən azalma 2018 II rübə nisbətən azalma I qrup 375 75,84%▼ 36,87%▼ II qrup 1990