Videosunu çəkdi, yayacağı ilə hədələyib pulunu aldı Şantajçı "zek"in aqibəti


Digərləri 09 Noy 2018 14:24:00 270 0

Videosunu çəkdi, yayacağı ilə hədələyib pulunu aldı  Şantajçı "zek"in aqibəti

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Göygöl rayon sakini E.Məmmədov naməlum şəxsin onu videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib 50 manatını aldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər. Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.