Ən məşhur aparıcı yeni şedevr yaradıb


Digərləri 09 Noy 2018 13:29:00 296 0

Ən məşhur aparıcı yeni şedevr yaradıb

Dünyanın ən məşhur teleaparıcılarından və naturalistlərindən biri britaniyalı ser Devid Frederik Attenboro ABŞ-ın Netflix striminq servisində çalışmağa başlayıb.

Son.az bildirir ki, Britaniyanın BBC telekorporasiyasında 60 ildən bəri çalışan 92 yaşlı ser Attenboro Netflix-də 8 hissədən ibarət "Our Planet" sənədli serialını çəkib.

Premyerası gələn ilin aprelində olacaq teleseriyada Yer planetindən, flora və faunada, bitkilərlə canlıların üzləşdikləri təhdidlərdən bəhs olunur.

600 nəfərlik qrup 50 ölkədə 3500 gün çalışaraq "Our Planet"i ərsəyə gətiriblər.


Xəbərə aid fotolar