13 nəfərə məzar olan bardakı atışma anı


Dünya 09 Noy 2018 12:54:00 261 0

13 nəfərə məzar olan bardakı atışma anı

ABŞ-ın Kaliforniya ştatının cənubunda, Los-Anceles yaxınlığındakı Tausend Ouks şəhərində yerləşən "Borderline Bar and Grill" barındakı gülləbaranda 13 nəfər həlak olub. Onlarla insanın yaralandığı bildirilir.

Həlak olanların və yaralananların çoxu gənclərdir. Yerli polis departamentindən verilən məlumata görə, naməlum şəxs bara daxil olaraq oradakı adamlara 30 dəfə atəş açıb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, hadisə ilə bağlı yeni görüntülər əldə olunub.