Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirdi (FOTO)


Digərləri 09 Noy 2018 11:00:00 301 0

Milli Oftalmologiya Mərkəzi Tovuzda tibbi aksiya keçirdi (FOTO)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Tovuz rayonunda tibbi aksiya keçirib.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Tovuz rayonunda tibbi aksiya keçirib. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, noyabrın 7-8-də keçirilən aksiyanın məqsədi sakinlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.