Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər (ÖZƏL)


Digərləri 09 Noy 2018 10:40:19 292 0

Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər (ÖZƏL)

Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər.

Bakı. Fikrət Doluxanov - Azərbaycanın "Karvan-L" şirkətlər qrupu Birləşmiş Ərəb Əmirliklərinin əl-Füceyrə əmirliyində möhtəşəm "Fish Centre" layihəsi reallaşdırmaq niyyətindədir. Bu barədə Trend-ə şirkətlər qrupunun prezidenti Əbülfəz Qarayev deyib. Onun sözlərinə görə, söhbət əmirliyin paytaxtında balıq formasında nəhəng binanın tikintisindən gedir: "Binanın nəzərdə tutulan uzunluğu 100, eni və hündürlüyü isə 20 metr olacaq. 3 mərtəbəli tikilidə balıq restoranları, mağazaları və digərləri olacaq. Bina bilavasitə körfəzdə inşa olunacaq".