Ən məşhur şouda ən gözəl "mələk"lər yeridi


Digərləri 09 Noy 2018 10:29:00 434 0

Ən məşhur şouda ən gözəl "mələk"lər yeridi

Dünyanın ən məşhur moda brendlərindən olan "Victoria's Secret" dünən ABŞ-ın Nyu-York şəhərində ənənəvi "Victoria's Fashion Show 2018"u keçirib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, şouda brendin "mələk"ləri yeni kolleksiyanı podiumda reklam ediblər.

"Pier 94" sərgi mərkəzindəki şou dekabrın 2-də ABC telekanalında nümayiş olunacaq.

Şouda iştirak etmiş 60 modelin 18-i debütantlardır. Debütantlar arasında Vinni Herlou, Yasmin Veynaldum və Sedi Nyuman da vardı.

Podiuma Adriana Lima, Behati Prinslu, Kendis Sueynpul, Sara Sampayo, Stella Maksvell, Cici və Bella Hədid bacıları, habelə Kendall Cenner çıxıblar.