Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması yekunlaşır (VİDEO/FOTO)


Digərləri 09 Noy 2018 07:32:02 235 0

Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması yekunlaşır (VİDEO/FOTO)

Qusar rayonu, Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması üzrə işləri yekunlaşdırılır.

Bakı. Qusar rayonu, Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması üzrə işləri yekunlaşdırılır. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyindən bildiriblər. Qusar rayonu, Qusar-Əniğ-Ləzə avtomobil yolunun uzunluğu 28 km-dir. Avtomobil yolu üçüncü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün mövcud asfalt-beton örtüyü frez maşını ilə profilə salınıb, yolun torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb, qazılmış hissələr karxana çınqılı ilə yenidən tikilib. Daha sonra əsasın üst layının tikintisi üçün 16 sm qalınlıqda optimal-çınqıl qarışığından istifadə olunub. Torpaq işləri ümumi olaraq 80 min kv.m ərazini əhatə edib. Bundan başqa yol boyu yararsız vəziyyətə düşmüş suötürücü borular yenisi ilə əvəz olunub. Bunun üçün 168 paqon-metr uzunluğunda müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb. Yolda torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri də həyata keçirilib. Yol əsası hazır olan kimi asfaltlanma işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm hündürlüyündə yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 200 min kv.m-dən çox ərazidə aparılaraq yekunlaşdırılır.