Azərbaycan neftinin qiyməti


Digərləri 08 Noy 2018 23:57:00 241 0

Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 72,83 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,04 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 71,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 7-də 68,03 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,24 dollar/barel azdır.