Kəbin kəsdirən zaman mehriyyənin məbləği nə qədər təyin edilməlidir?


Digərləri 08 Noy 2018 22:10:00 311 0

Kəbin kəsdirən zaman mehriyyənin məbləği nə qədər təyin edilməlidir?

Mehriyyə kəbinin əsas və mühüm şərtlərindən biridir. Mehriyyənin miqdarı kəbinə daxil olan qadının (və ya himayədarının - atasının) tərəfindən müəyyən edilir. Mehriyyənin miqdarı barədə şəriətimizdə konkret göstəriş yoxdur. Müstəhəbdir ki, mehriyyə nə həddən çox, nə də həddən az olsun.

Son.az islam.az-a istinadən bildirir ki, mehriyyənin həddən çox olması sayəsində kişi qadına talaq verməkdən qorxur, bu da bəzi hallarda qadının öz hüquqlarından sui-istifadə etməsinə və kişini öz asılılığında saxlamasına səbəb olur. Hədislərdə mehriyyəni çox tələb etməklə öz ərini çətinliyə salan qadınlara lənət oxunub. Mehriyyənin həddən az olması isə nikahı dəyərsiz edir və talaq verilən zaman qadını bir müddət maddi sıxıntıdan azad etmək məqsədini daşıyan mehriyyəni mənasız şəklə salır. Yaxşı olar ki, mehriyyəni həmin zəmanəyə uyğun miqdarda, kəbin kəsdirən qadının qohumları üçün yazılmış məbləğə uyğun şəkildə təyin etsinlər.