Dörd böyük mələk hansılardır?


Digərləri 08 Noy 2018 22:15:00 434 0

Dörd böyük mələk hansılardır?

Mələklər öz vəzifələrinin əhəmiyyətinə və Allah yanında məqamlarına görə dərəcələrə bölünürlər. Dörd əsas mələk "müqərrəbun", yəni Allaha yaxın sayılır. Bunlar Cəbrail, Mikail, İsrafil və Əzraildir. Cəbrail vəhy mələyidir, Allahla peyğəmbərlər arasında vasitəçilik edir.

Son.az islam.az-a istinadən bildirir ki, Mikail təbiət hadisələrinin baş verməsinə, ruzinin bəndələrə çatdırılmasına nəzarət edir. İsrafil dünyanın sonunda qiyamətin başlandığını xəbər verəcək "sur" adlı şeypura bənzər alətə üfürmək öhdəliyini daşıyır. Əzrail isə Allahın əmri ilə əcəli çatmış insanların canını alır. Bu işlərdə onlara başqa mələklərin də yardım etməsi istisna olunmur.