Nazir açıqladı: Pensiyaları qaldıra bilmərik


Dünya 08 Noy 2018 21:54:00 266 0

Nazir açıqladı: Pensiyaları qaldıra bilmərik

Əgər bütün dövlət orqanlarını ləğv edib hamımız evimizə getsək belə, Gürcüstanda pensiyaların məbləğini 400 lariyə qaldıra bilmərik. Büdcə vəsaitimiz buna imkan vermir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Gürcüstan maliyyə nazirinin müavini Qeorqi Kakauridze ölkə müxalifətinin pensiyaların 400 lariyə qədər artırılması ilə bağlı seçkiöncəsi vədinə münasibət bildirərkən söyləyib.