Quranın sair səmavi kitablardan əsas fərqi nədir?


Digərləri 08 Noy 2018 21:45:00 305 0

Quranın sair səmavi kitablardan əsas fərqi nədir?

Quranın digər səmavi kitablardan əsas fərqi onun təhrif olmamasıdır. Qurani-kərimdən başqa bütün səmavi kitabların orijinalı ya itmiş, ya da təhrif olunmuşdur. Məsələn, bəzi peyğəmbərlərə göndərilmiş səhifələr (sühüf) itib-batmışdır; yalnız hədislərdə bu səhifələrin bəzi fraqmentlərinə rast gəlirik. Tövrat, Zəbur və İncil isə müharibələr və yanğınlar nəticəsində məhv olmuş, sonralar insanların hafizəsinə əsasən bərpa edilmişdir.

Son.az islam.az-a istinadən bildirir ki, bu kitabları zaman-zaman gah qəsdən, gah da bilməyərəkdən təhrif edib dəyişdirmişlər. Səmavi kitabların içində yalnız Quran zərrəcə dəyişməmişdir və qiyamətə kimi toxunulmaz qalacaqdır. Quranın özündə buyurulub: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq" (Hicr, 9).