Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi?


Digərləri 08 Noy 2018 21:10:00 632 0

Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi?

Dindar şəxsin özü üçün ad günü keçirməsi icazəlidirmi? Bəziləri bunu bidət sayır, bu, həqiqətən, bidətdir?

Ad günü keçirib-keçirməmək insanın özünə aid olan bir məsələdir. Burada dini əhəmiyyət daşıyan heç nə yoxdur. Bidət elə məsələlərdə olur ki, ona dini rəng geyindirilsin. Halal bilinməyən bir işi din pərdəsi altında halal saysınlar və ya əksinə, haram edilməmiş bir əməli dini qadağan kimi təqdim etsinlər. Ad gününü keçirmək məişət məsələsidir və bunu dinlə bağlamaq səhvdir.