Bakıda adam öldürən dünya çempionu


Digərləri 08 Noy 2018 20:20:00 210 0

Bakıda adam öldürən dünya çempionu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb.

O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib.