"Əliqanlı general" gecə ilə Yerevana qayıtdı,


Dünya 08 Noy 2018 19:52:00 233 0

"Əliqanlı general" gecə ilə Yerevana qayıtdı,

Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq rəhbəri Yuri Xaçatorov Ermənistana qayıdıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Jovohurd" nəşri məlumat yayıb.

Məlumata əsasən, Xaçaturov ötən gün gecə saatlarında Yerevana qayıdıb. Onun həbs olunacağı göslənilir.

Qeyd edək ki, noyabrın 2-də Yuri Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən azad edilib. Belə ki, Ermənistan KTMT ölkələrini təşkilatın baş katibinin dəyişdirilməsi prosesinə başlamağa dəvət edib.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.