Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində işıq üzü görüb (FOTO)


Digərləri 08 Noy 2018 19:51:00 231 0

Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində işıq üzü görüb (FOTO)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “Kaspi” qəzeti, təhsil şirkətinin layihəsi ilə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, klassiklərimizin əsərləri özbək dilinə tərcümə olunaraq Daşkəndddə çap edilməkdədir.

Bakı. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “Kaspi” qəzeti, təhsil şirkətinin layihəsi ilə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, klassiklərimizin əsərləri özbək dilinə tərcümə olunaraq Daşkəndddə çap edilməkdədir. Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, son 5 ildə bu istiqamətdə 50-dən çox kitab özbək dilində Daşkənddə çapdan çıxıb. Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan dramtaturgiyasının tanınmış nümayəndəsi Hüseyn Cavidin “Seçilmiş əsərləri – “Əmir Teymur”, “Peyğəmbər”, ”Şeyx Sənan” və “Səyavuş” əsərləri özbək dilinə tərcümə edilərək Daşkənddəki “Kamolak” nəşriyyatında çap edilib. Layihənin rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, kitabın tərtibçisi Qulu Kəngərli, elmi məsləhətçi filologiya fənləri doktoru Sona Vəliyevadır.