Ucarın Bərgüşad kəndinə təbii qaz verilib


Digərləri 08 Noy 2018 19:35:00 246 0

Ucarın Bərgüşad kəndinə təbii qaz verilib

Ucar rayonunun Bərgüşad kəndinə təbii qaz verilib.

Bakı. Ucar rayonunun Bərgüşad kəndinə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 1 247 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 126 506 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və paylayıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.