Bakı Metropoliteni gələn il 50 yeni qatar alacaq


Digərləri 08 Noy 2018 18:50:00 314 0

Bakı Metropoliteni gələn il 50 yeni qatar alacaq

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti gələn il 50 yeni və müasir vaqon alacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, gələn il yeni stansiyanın açılışı ilə bağlı metropolitenin vaqon parkı yenilənəcək: "Alınan 50 vaqondan 20-i, yəni 4 qatar tərkibi yeni xəttə, 6 qatar tərkibli 30 vaqon isə köhnə xətlərə buraxılacaq. Köhnə xətlərdə istismar müddəti başa çatan qatarlar xətdən çıxarılacaq."