Beyləqanda top mərmisi aşkarlanıb


Digərləri 08 Noy 2018 18:19:24 251 0

Beyləqanda top mərmisi aşkarlanıb

Beyləqanda 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar olunub.

Bakı. Beyləqanda 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar olunub. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 11:07-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.