Azərbaycana gətirilən 10 ton kividə zərərli orqanizmlər aşkar edildi


Digərləri 08 Noy 2018 17:36:00 255 0

Azərbaycana gətirilən 10 ton kividə zərərli orqanizmlər aşkar edildi

Azərbaycana idxal edilən 10,4 ton kividə zərərli orqanizmlər aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Son.az-a verilən məlumata görə, İran İslam Respublikasından noyabrın 5-də fitosanitar sertifikatla ölkəyə, "Güllü-80" MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna qurumun mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub və məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Tut qalxanlı yastıcası - (Pseudolaspis pentagona) aşkar edilib. "Fitosanitar nəzarəti haqqında" qanunun 13-cü maddəsinə uyğun olaraq, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir.